Apple 1 milyardıncı iPhone-nu satdı

32984826Apple-ın 2011-ci ildə vəfat etmiş keçmiş İcraçı direktoru Stiv Jobs tərəfindən 2007-ci ildə bazara çıxardıldıqdan sonra ağıllı telefon bazarını başdan aşağı dəyişdirən iPhone, ötən doqquz ildə 1 milyarddan çox satılıb.

Apple-ın Kupertino mərkəzində şirkətin işçilərinə müraciət edən İcraçı direktor Tim Kuk, əhəmiyyətli bir məsafəni geridə qoyaraq, 1 milyardıncı iPhone-un istifadəçiyə təqdim olunduğunu söyləyib.

iPhone-un gündəlik həyatın bir hissəsinə çevrildiyinə diqqət çəkən Kuk, alma loqolu ağıllı telefonun dünyanı dəyişdirən bir məhsul olaraq tarixə düşdüyünü bildirib.

Ötən doqquz ildə Apple-ı ABŞ-ın ən böyük şirkəti halına gətirən iPhone, şirkətin kassalarının da nağd pulla dolmasına səbəb olmuşdu.

Apple, 1 milyardıncı telefonu kimin və harada aldığını açıqlamayıb. (Marja)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR