Aşıq Alı küçəsində “qalmaqallı üçlük” şousu davam edir-FOTO,VİDEO

adilAdil Əliyevin Aşıq Alı küçəsinə göndərdiyi betonqarışdıran kimlərin işinə yaradı?

Ötən il Qafqaznews.azLegion.az saytlarında Nərimanov rayonu Aşıq Alı küçəsinin sakinlərinin şikayətinə dair bir neçə yazı dərc olunmuşdu. Həmin yazılarda Aşıq Alı küçəsində bələdiyyə ərazisini “şəxsi parkinq” yeri kimi zəbt edən üç nəfərin adı çəkilmiş və sakinlər adından hüquq mühafizə orqanlarına, Nərimanov Bələdiyyəsinə, habelə millət vəkili Əhliman Əmiraslanova müraciət edildiyi bildirilmişdi. Yazılarda qeyd olunurdu ki, Aşıq Alı küçəsi, 7/19, həmin binada mənzil 129-un sakini, 90-RE-987 nömrəli Toyota Prado markalı avtomobilin sahibi, ATU-da müəllim olan Məmmədov Samir Böyükağa oğlu, mənzil 111-in sakini, 90-UN-074 nömrəli Mercedes markalı ML 350 avtomobilin sahibi Nəsibov Elçin Əşrəf oğlu, mənzil 109-un sakini 90-C
P-059 nömrəli “Toyota Camry” markalı avtomobilin sahibi Babayeva Şaiqə Əbülfəz qızı məhəllədə qeyri-qanuni ərazini zəbt edərək, həyətdə yerə iri “mıx”lar başdıraraq öz avtomobilləri üçün avtopark yaradıblar.750595350a353f74d0e11
IMG_1785Əməkdaşlarımız araşdırma zamanı müəyyən etmişdi Ş.Babayevanın adına olan 90-CP-059 dövlət nömrə nişanlı, “Toyota Camry” markalı avtomobil onun övladı, sabiq gömrük əməkdaşı Babayev Ağababa İlqar oğlu tərəfindən idarə olunur. Sakinlər Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevə, Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədova və Nərimanov Bələdiyyəsinin sədrinə şikayət edəndən sonra, rayon rəhbərliyinin nümayəndələri məhəlləyə gələrək dəmir mıxları yerdən çıxardaraq həmin qonşulara xəbərdarlıq etmişdilər. Həmin vaxtdan xeyli keçəndən sonra hadisə yenidən təkrarlanıb. Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin redaksiyamıza yenidən etdiyi müraciətdən sonra əməkdaşlarımız məhəlləyə baş çəkiblər və bu məsələni işıqlandırıblar. Həmin vaxt bu “üçlük” ikinci dəfə öz “parkinq” sevdasından əl çəksə də, “Atalar üçdən deyib” məsəli ilə, bu dəfə başqa varianta əl atıblar.Foto0044

İyulun 6-da Legion.az-a müraciət edən Aşıq Alı küçəsi 7/19-cu binanın sakinləri bildirdilər ki, ötən gecə həyətə betonqarışdıran maşın gəlib və ancaq bu üç nəfərin qeyri-rəsmi zəbt etdiyi yerlərə beton tökərək gedib. Sakinlər bildirib ki, əvvəlcə, onlar betonqarışdıran maşının məhz yuxarıda adları çəkilən S.Məmmədov, E.Nəsibov və A.Babayev tərəfindən gətirildiyini düşünüblər. Lakin sonra məlum olub ki, betonqarışdıran maşın hörmətli deputat Adil Əliyev tərəfindən göndərilib və binaların həyətində təmirə ehtiyacı olan yerlərскачанные файлыə beton tökmək tapşırılıb. Lakin sakinlərin sözlərinə görə, bu üç qonşu “qaranlığın xəlvətinə salaraq”, betonu ancaq öz “parkinq” yerlərinə tökdürüblər.

Sakinlər vurğulayıb ki, bu şəxslər həmin yerlərdə başqalarının avtomobil saxlamasına imkan vermir və bələdiyyə ərazisindən şəxsi mülk kimi istifadə edirlər. Sakinlər bildirib ki, sözügedən şəxslər, məhəllədə “qalmaqallı üçlük” kimi tanınır və istər sakinlərlə, istərsə də bələdiyyə əməkdaşları ilə münaqişəyə girməkdən çəkinmirlər. Başını ağrıtmaq istəməyən digər sakinlər və bələdiyyə onlarla açıq qalmaqala girməkdən ehtiyat edirlər. Lakin bu belə davam edərsə, sakinlər DİN başçısı Ramil Usubov və  baş prokuror Zakir Qaralova müraciət edərək, baş verə biləcək cinayət xarakterli hər hansı hadisənin qarşısını almaq üçün təcili tədbir görülməsini xahiş edəcəklər.

Sənan Məmmədli

Legion.az

Mövzuya aid digər linklər:
http://qafqaznews.az/2015/10/asiq-ali-kuc-sinin-sakinl-ri-yenid-n-sikay-t-etm-li-oldular-foto-video/
http://qafqaznews.az/2015/08/asiq-ali-kuc-sinin-sakinl-ri-hacibala-abutalibova-v-mirqafar-seyidova-muraci-t-etdil-r-fotolar/

 http://qafqaznews.az/2015/07/asiq-ali-kuc-sinin-sakinl-ri-hliman-miraslanova-muraci-t-etdi-foto/

http://qafqaznews.az/2015/11/asiq-ali-7-19-daki-problemin-arxasinda-abdin-f-rz-liyev-dayanir-foto-video/
http://qafqaznews.az/2015/11/polisl-r-bir-birini-inkar-edir-foto-video/
http://qafqaznews.az/2015/08/qafqaz-x-b-r-agentliyinin-novb-ti-q-l-b-si-foto-video/

http://qafqaznews.az/2015/08/hliman-miraslanov-n-rimanov-sakinl-rinin-muraci-tin-laqeyd-qalmadi-foto-video/

http://qafqaznews.az/2015/07/n-rimanov-b-l-diyy-si-oz-razisinin-z-bt-olunmasini-bilmir-fotolar/
http://qafqaznews.az/2015/07/yer-mix-basdiran-h-kim-samir-m-mm-dovun-mualic-y-ehtiyaci-var-foto/

http://qafqaznews.az/2015/07/n-rimanov-rpi-nin-r-isi-ismayil-s-dov-gunahkarlar-c-zalandirilacaq-foto/
http://qafqaznews.az/2015/07/din-oz-m-kdaslarini-biznes-h-v-sl-ndirir-foto/

http://qafqaznews.az/2015/07/n-rimanov-rayon-sakinl-ri-icra-bascisindan-kom-k-ist-yir-foto/




IMG_1783 IMG_1785 IMG_1786 IMG_1787 IMG_1788 IMG_1791 IMG_1792

IMG_1780
Foto0044Foto0041 1436592944_01 1436247104_vvvv
Foto0034-1 Foto0029 Foto0029 1436168646_vv

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR