AVRO-2016: Avropa çempionatının ilk yarımfinalçısı məlum olub – VİDEO

9e34314f-8033-4e54-96e6-dad854903152_292Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib.

“Report”un məlumatına görə, günün tək oyununda Polşa və Portuqaliya komandaları üz-üzə gəlib.

1/4 final qarşılaşmasında hesabı 2-ci dəqiqədə Robert Levandovskinin qolu ilə Polşa millsi açıb. Lakin Portuqaliya Renato Sanches 33-cü dəqiqədə vurduğu qol ilə Portuqaliyaya bərabərlik gətirib.

Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Oyunun əlavə olunmuş dəqiqələrində hesab dəyişməyib və hakim penalti seriyaları təyin edib. 11 metrlik cərimə zərbələri seriyasında Portuqaliya daha dəqiq olub (5:3) və adını yarımfinala yazdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR