Avtomobil və 4 hektar taxıl sahəsi külə döndü (VİDEO – FOTO)

y1Şamaxı rayonunun Cabanlı kəndi ərazisində taxıl sahəsi və avtombil yanıb.

Hadisə axşam saatlarında qeydə alınıb. Rayon sakini Nuriyev Vüqar Ağaməmməd oğlu dostuna məxsus “VAZ 2106” markalı minik avtomobili ilə üzüm bağına işləməyə gəlib. O, sahədə işləyərkən avtomobil saxladığı ərazidə yanıb. Alov qısa vaxtda geniş ərazini əhatə edib və avtomobil yararsız hala düşüb.
Vüqar Nuriyev hadisədən gec xəbər tutub və FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.  Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğın qısa vaxtda söndürülüb, yaxınlıqdakı kombayn, üzüm bağları və biçilməmiş taxıl sahəsi alovdan mühafizə edilib.
Hadisə zamanı avtomobillə yanaşı 4 hektar biçilmiş taxıl sahəsi də yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (Region TV)
y2 y3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR