​Azərbaycan nefti ucuzlaşıb

9623fdec-d7e2-47cc-a745-c7bdcb427101_292Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,42 dollar və yaxud 0,82% ucuzlaşıb.
“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 50,56 dollara bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR