Azərbaycan və Ukrayna arasında bir sıra ikitərəfli sənədlər imzalanıb

a4006676-fedc-42c0-ba64-595ecb949c04_292Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçirilib.

“Report” xəbər verir ki, görüşün nəticəsi olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və ukraynalı həmkarı Pyotr Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

Həmçinin, dövlət başçılarının iştirakı ilə iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəd və iki ölkənin mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR