Azərbaycanda rus bölməsinə maraq 3 dəfə artıb

2Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır.

Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərə nisbətən artıb.

Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovdeyib ki, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6%-dən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15%-ə çatıb. Onun sözlərinə görə, məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır: “Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır.

O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR