“Azərbaycanın gözəl mətbəxi var” – Zaxarova

1468500260_0001 (1)“Bakı əsrarəngiz şəhərdir. Hər dəfə bu şəhərə gəlişimdə yeni bir tikilinin şahidi oluram”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Bakıya səfər təəssüratları barədə sualı cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

Xarici işlər naziri Sergey Lavrovun iyulun 12-13-də Bakıya səfəri zamanı onu müşayiət etdiyini xatırladan M. Zaxarova Azərbaycan paytaxtının son vaxtlar daha da gözəlləşdiyini və inkişaf etdiyini söyləyib: “Bakıya hər gəlişimdə yeni bir tikilinin şahidi oluram. Şəhəriniz çox gözəldir. Azərbaycanın gözəl mətbəxi var”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR