Azadlıq Radiosu Qafqaz Xəbər Agentliyindən plaqiat edib? – REAKSİYA

Bu günlərdə ölkə mətbuatını nəzərdən keçirərkən, gözümə bir xəbər başlığı sataşdı: ““Yeni Bakı”nın sakinləri prezidentdən kömək istəyir”. Yazı Azadlıq Radiosuna istinadla başqa saytlarda dərc olunmuşdu, amma maraq üçün “orijinal”ı tapdım və elə birinci dəfədən Azadlıq Radiosunun saytından oxumağa, “araşdırma”nın detallarına fikir verməyə qərar verdim.

Bu mövzu bizə çox yaxındır, çünki bu ilin aprel ayından bəri, “Yeni Bakı” sakinlərinin ərizəsi əsasında onların problemlərini işıqlandırır, araşdırmalar aparırıq. Artıq saytlarımızda (qafqaznews.az, kavkaznews.azlegion.az) bu istiqamətdə xeyli yazı, foto və video materiallar dərc olunub. Əməkdaşlarımız əziyyət çəkərək informasiyanı hazırlayıb, yoğurub, bişirib və… Elə burda dayanaq və qayıdaq Azadlıq Radiosunun yazısına. Azadlıq Radiosunun əməkdaşı “Yeni Bakı”dakı problemlərdən danışarkən, əsasən bizim materiallardan istifadə edib (istinad etmədən), lakin adını çəkməyən şirkət nümayəndəsi ilə də danışaraq, yazıya “orijinallıq” qatıb.

Həmçinin, müəllif pl13823198_267006547006079_1908416143_naqiatda ittiham olunmamaq naminə, açıqlama və fikirlərə bir az əl gəzdirib, hətta cümlə quruluşlarını da dəyişərək, “yeni sima” verib. Əlbəttə, istər “Yeni Bakı” sakinlərinin, istərsə də başqa vətəndaşların probleminin daha geniş miqyasda işıqlandırılması bizim də marağımızdadır, lakin belə bir məsəl var: “İgidi öldür, amma haqqını yemə”. Bizim əməkdaşların da əziyyəti nəzərə alınmalıdır.

Bir sual yaranır ki, bizə qədər niyə başqa saytlar və media qurumları “Yeni Bakı” sakinlərinin probleminə belə həssas yanaşmırdı, amma biz problemi qabardandan sonra maraqlı tərəflərin də sayı artdı? Bu tərəfdən isə, “İlin Dörd Fəsli” MMC bizi dolayısı yolla məhkəmə ilə qorxudur. Artıq “Yeni Bakı”dakı binaların girişlərinə “xəbərdarlıq”lar yapışdırılıb və məhkəmə iddiası hazırlandığı, hətta bəzi sakinlərin mənzil müqavilələrinin ləğv olunacağı bildirilir.

Biz bu gün şou yaradan bəzi saytlar kimi birbaşa olaraq “binalar çökür” iddiası ilə çıxış etməmiş, sadəcə sakinlərin şikayətini və müxtəlif rəsmilərin münasibətlərini işıqlandırmışıq. Ona görə də, məhkəmə sarıdan heç bir narahatlığımız yoxdur. Lakin Azadlıq Radiosunda sözügedən məqalənin müəllifi Esmira Cavadova yaman narahat olub, dünən əməkdaşımızla söhbətində də bildirib ki, ona email yazan şikayətçilər telefon nömrəsini vermir və həmin sakinləri tapa bilmir. Esmira Cavadova buna görə ona problem yaranacağından da narahat olduğunu bildirib, hətta əlavə edib ki, ona göndərilənlərin hamısı Qafqaz Xəbər Agentliyində yazılanlarla “eyni şey”dir.

Əməkdaşımız Rüfət Əhmədzadə ondan “heç olmasa, bəzi məqamlarda ilk informasiya yayan qurum kimi Qafqaz Xəbər Agentliyinin adını yazmağı” xahiş edib. Lakin cavab belə olub: “Rəhbərliklə danışmalıyam”. Esmira Cavadova bizə emailləri də yönəldəcəkdi. Görünür ki, hələ bir nəticə yoxdur. Nə istinad məsələsində, nə “yönəltmə” mövzusunda. Bizim heç bir həmkarımızla qərəzimiz yoxdur.

Azadlıq Radiosunda peşəkarlığına hörmət etdiyimiz insanlar çalışır. Biz inanırıq ki, Azadlıq Radiosunun Çexiyada oturan rəhbərliyi bu cür xoşagəlməz halların qarşısını mütləq alacaq. Əlbəttə ki, bir daha deyirik, davamız istinad davası deyil. Amma bu gün “Azadlıq Radiosu araşdırdı”, “Azadlıq Radiosu problemi qabartdı” deyənlər də bilməlidir ki, Qafqaz Xəbər Agentliyi də vətəndaşların problemlərini pis araşdırmır, pis qabartmır.

Qafqaznews.az

Redaksiyadan: Qafqaz Xəbər Agentliyinin “Yeni Bakı” ilə bağlı araşdırma yazılarını aşağıdakı  linklərdən oxuya bilərsiniz:
http://qafqaznews.az/2016/07/yeni-baki-da-c-za-kampaniyasina-start-verildi-foto-video/
http://qafqaznews.az/2016/07/yeni-baki-da-binalar-cat-verir-foto-video/

http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyi-yeni-baki-il-bagli-ittihamlara-cavab-verdi-reaksiya-cavab/

http://qafqaznews.az/2016/07/abseronun-bas-memari-yeni-baki-da-binalarin-cokm-sini-t-sdiql-di-arasdirma-foto-video/

http://legion.az/9503–yeni-bak%C4%B1da-m%C9%99nzil-m%C3%BClkiyy%C9%99t%C3%A7il%C9%99ri-ramiz-mehdiyev%C9%99-m%C3%BCraci%C9%99t-etdil%C9%99r-m%C6%8Ftn.html

http://qafqaznews.az/2016/06/yeni-baki-sakinl-ri-dovl-t-bascisina-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-isiqsiz-qalan-sakinl-r-alternativ-enerji-axtarirlar-video/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-qalmaqal-dusdu-sakin-ozunu-yandirmaq-ist-di/
http://qafqaznews.az/2016/05/az-risiq-dovl-t-bascisinin-f-rmanina-qarsi-gedir/
http://qafqaznews.az/2016/04/yeni-baki-massivinin-sakinl-ri-ozbasinaliq-v-kobudluqdan-sikay-t-edir-video/
http://qafqaznews.az/2016/04/az-risiq-dan-yeni-baki-sakinl-rin-q-rib-cavab-gedin-prezident-sikay-t-edin/






 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR