Bakı Şəhər İcra Hakimiyyəti “səfehlik” edib? FOTO,VİDEO

MER10 iyulda LEGİON.AZ-da “Bakı Şəhər İcra Hakimiyyəti cinayət məsuliyyətinə cəlb olunmalıdır” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Bakı sakini Cəmilə Rəhimovanın şikayəti işıqlandırılmışdı. C.Rəhimova Qafqaz Xəbər Agentliyinə bildirmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ailəsinin mülkiyyət hüquqları pozulub və bir ildən çoxdur sökülən evlərə görə təzminat ala bilmirlər.

“2014-cü ilin iyul ayında qanuni yolla və notarial qaydada mən, anam Ədilə Yusif qızı Vəliyeva və qardaşım Aydın Əmirxan oğlu Rəhimovun adına, Səbail rayon, Badamdar qəsəbəsi, Şıxovda, Salyan şosesi 32 ərazisində hər biri 0,12 ha olan 3 torpaq sahəsi aldıq. Həmin torpaq sahələrinin ikisi yanaşı, digəri isə bu torpaq sahələrinin önündə yerləşir. 2014-cü iyulun 2-də anam Ədilə Yusif qızı Vəliyeva ilə 0,12 ha torpaq sahəsinin köhnə sahibi İsa Əli oğlu Məmmədov arasında, eləcə də qardaşım Aydın Əmirxan oğlu Rəhimovla qonşu torpaq sahəsinin köhnə sahibi Rüfət Arif oğlu İbrahimov arasında 14 saylı notariat kontorunda alqı-satqı müqaviləsi imzalandı. Həmin torpaq sahələrinin ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər İdarəsi tərəfindən verilən sənədləri də var idi.

Daha sonra memar məsləhət gördü ki, qarşıdakı torpaq sahəsini də alaq, çünki oranı başqası alıb ev tiksə, dəniz mənzərəsi bağlanacaq. Ona görə də, 2014-cü il iyulun 9-da elə 14 saylı Notariat Kontorunda mənimlə Useynov Pərviz Rza oğlu arasında alqı-satqı müqaviləsi imzalandı. Bu torpaq sahəsinin də ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər İdarəsi tərəfindən verilən sənədi var idi. Bütün sənədləşdirmə işləri qanuni şəkildə həyata keçirildi. Hətta qeyd edim ki, sürüşməyə qarşı tədbirlər görmək üçün, mütəxəssislər çağırmış, fundamenti torpaq qatının altındakı qayalarla uyğunlaşdırmışdıq”, – deyə Cəmilə Rəhimova qeyd etdi.

Qafqaznews.az bildirir ki,şikayətçinin sözlərinə görə, tikintiyə başlamazdan əvvəl, Səbail Rayon İcra Hakimiyyətindən də lazımi sənədlər alınıb: “Səbail RİH-in ovaxtkı başçısı Asif Əsgərovun 6 avqust 2014 tarixli sərəncamı ilə Aydın Əmirxan oğlu Rəhimova Badamdar qəsəbəsi, Şıxovda, Salyan şosesi 32 ərazisində 0,12 ha torpaq sahəsində iki fərdi yaşayış evinin tikilməsinə icazə verilib. Oxşar sərəncamlarla da bir yaşayış evi üçün avqustun 1413588987_1734143323512204_739531652_o-1-1-də mənə, iki yaşayış evi üçün isə sentyabrın 11-də Ədilə Yusif qızı Vəliyevaya verildi.

Həmin tarixlərdə Səbail RİH-in baş memarı Ramiz Xəlifəli evlərin bizim memarlar tərəfindən hazırlanmış eskiz layihələrini də təsdiqlədi. Biz qanun çərçivəsində bütün sənədlərimizi tamamladıqdan sonra, həmin ərazidə 5 fərdi yaşayış evi tikdirdik. 27 fevral 2015-ci ildə mən öz adıma olan 0,12 ha torpaq sahəsini notarial qaydada anama hədiyyə etdim. Beləliklə, anamın adına 3, qardaşımın adına isə 2 evin kupçası oldu. Bizim həmin yerdə tikdirdiyimiz evlərin bütün sənədləri qaydasında idi. 2015-ci ilin mayında Bakı ŞİH-də çalışan Hafiz adlı şəxs (soyadını və vəzifəsini bilmirəm) gəlib bizdən sənədləri istədi, biz təqdim etdik. Dedi ki, sənədi olmayan evlər söküləcək. Bir neçə gün sonra, bizdən arxa tərəfdə olan evlərin söküntüsü başlandı. Hacıbala Abutalıbovla həmin Hafiz adlı şəxs də orda idi. Biz sürücüylə sənədləri yenidən Hafiz müəllimə göndərdik, o isə sürücüyə dedi ki, onların sənədləri qaydasındadır”.

Cəmilə Rəhimova əlavə etdi ki, meriya əməkdaşının bu sözlərindən sonra, bir müddət arxayınlaşıblar: “Biz düşündük ki, qanun bizim tərəfimizdədirsə, evimizə dəyən olmayacaq. Lakin üç gün sonra, Hacıbala Abutalıbov texnika gətirdərək, bizim evləri sökdürdü. Evlərimizin sökülməsi 15-16 may 2015-ci il tarixində baş verdi. Polisdən canlı divar yaradılmışdı, merlə şəxsən görüşmək və etirazımı bildirmək imkanım olmadı. Həm də çox səs-küy salmağa lüzum görmədik. Mer sakinlərə bildirmişdi ki, bu evlər prezidentin sərəncamıyla sökülür. Biz də düşündük ki, dövlət başçısının sözü bizim üçün qanundur, hər halda bizə k13621378_1734143403512196_643681056_oompensasiya verilər.

Eyni zamanda, bu hadisənin “Baku-2015” I Avropa Oyunları ərəfəsində baş verdiyini nəzərə alaraq, ölkə gündəminə neqativ əhval-ruhiyyə qatmaq istəmədik. Səbirlə gözlədik ki, tezliklə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bizimlə görüşəcək və mülkiyyət hüquqlarımızın bərpası üçün bütün lazımi tədbirlər görüləcək. Lakin sonra məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti həm cəmiyyətdə, həm də ölkə rəhbərliyində yalnış təsəvvür yaradıb”.

C.Rəhimova bildirdi ki, Bakı meri ölkə rəhbərliyinə səhv məlumat verib: “Belə anladım ki, dövlət başçısına da bizim evlərimizin qanunsuz tikildiyini bildiriblər. Biz məmur ailəsi deyilik və yaxud da, qanunsuz olaraq hansısa ərazini zəbt edərək ev tikməmişik. Əksinə, vicdanlı alıcı olaraq, torpaq sahəsi əldə etmiş və Səbail RİH başçısının sərəncamı, eləcə də aidiyyatı olan qurumların verdiyi sənədlər əsasında fərdi yaşayış evləri inşa etdirmişik. Bir müddət keçdi, Bakı ŞİH-dən kompensasiya verilməyəcəyini anladıqda 1 saylı Baki İnzibati-İqtisad Məhkəməsinə müraciət etdik, hazırda proses gedir. Bu günlərdə isə Bakı ŞİH başçısı Hacıbala Abutalıbov ayrıca olaraq məhkəməyə müraciət edərək, bizim əmlaklara olan sənədlərimizin Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının sənədlərin qeyri-qanuni hesab edilməsi barədə iddia qaldırıb. Biz vicdanlı alıcılar olaraq, bu məsələdə öz hüquqlarımızın bərpasını tələb edirik”.

Biz C.Rəhimovanın bəhs etdiyi Hafiz adlı meriya məmurunu da tapdıq (təəssüf ki, o, bizə soyadını bildirmədi). Hafiz müəllim etiraf etdi ki, Cəmilə Rəhimovanın ailəsinə məxsus evlər Bakı ŞİH tərəfindən sökülüb. O, həmçinin bu evlərin məhkəmə qərarı olmadan söküldüyünü də etiraf etdi. “Məgər Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə qərarı olmadan özgəsinin mülkiyyətini dağıda bilər?” – deyə soruşduq.“Bu, ondan asılıdır ki, Cəmilə Rəhimovanın ailəsi mülkiyyət sənədlərini hansı yolla əldə edib”, – deyə Hafiz müəllim bildirdi.

“Bakı ŞİH-də bu sənədlərin qanunsuz əldə olunmasına dair sübut var?” – deyə maraqlandıq. “Bu barədə bizdə məlumat yoxdur”, – deyə Bakı meriyasının nümayəndəsi cavab verdi (legion.az).

Kavkaznews.az qərara gəldi ki, Cəmilə Rəhimovanın Bakı ŞİH-ə qarşı iradlarının nə qədər qanuni olduğunu müəyyən etsin. “Bakı Şəhər İcra Hakimiyyəti ev tikmək barədə RİH-lərin verdiyi sərəncamları şübhə altına almaq haqqına malik deyil”, – deyə Badamdar Bələdiyyyəsinin vergi şöbəsinin müdiri Pərviz Muradov bildirdi. P.Muradov qeyd etdi ki, torpağa kupça alan zaman, mülkiyyətçi RİH-dən ev tikintisinə icazə istəyir. “Torpaq sahibi “Şəhərsalma və tikinti məcəlləsi” haqqında qanuna görə, qanuna uyğun formada evin layihəsini hazırlayır. Layihənin surətini rayonun icra hakimiyyətinə təqdim edir və tikinti üçün sərəncam xahiş edir. RİH bir ay içində sərəncam verməsə, vətəndaş iki metr yarım hündürlüyündə evi sərəncamsız da tikə bilər”, – deyə Muradov bildirdi. Onun sözlərinə görə, tikinti başa çatdıqdan sonra, torpaq sahibi yenidən icra hakimiyyətinə müraciət edərək, evin istismara verilməsi barədə sərəncam istəməlidir.

13608307_1734143800178823_1483778193_n“Əgər icra hakimiyyəti bu dəfə də sərəncam verməsə, ev sahibi mülkiyyətinin reyestrə salınması üçün DƏDRX-yə müraciət edir”, – deyə Pərviz Muradov əlavə etdi. “Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın, o cümlədən torpaq sahələri və evlərin mülkiyyət hüququnun qeydiyyatı aparılır”, – DƏDRX-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Kavkaznews.az saytına bildirdi.

Onun sözlərinə görə, bu struktur “Daşınmaz Əmlakın Reyestri haqqında” qanunu əsasında fəaliyyət göstərir. “Bəziləri hesab edir ki, Dövlət Reyestrində daşınmaz əmlakın qeydiyyatı qanun pozuntularıyla həyata keçirilir”, – deyə qeyd etdik.

“Qeydiyyat sənədlər əsasında həyata keçirilir. Ancaq çox səfeh adamlar Dövlət Reyestrində qeydiyyatın qanunsuz olduğunu iddia edə bilər”, – deyə Q.Xəlilov cavab verdi. Xatırladaq ki, Cəmilə Rəhimovanın sözlərinə görə, Bakı ŞİH başçısı Hacıbala Abutolıbov onun ailəsinə məxsus əmlak sənədlərinin Dövlət Reyestrindəki qeydiyyatının qanunsuz olduğu ilə bağlı məhkəmə iddiası qaldırıb.

 Mahmud Suanlı

Kavkaznews.az

13608307_1734143800178823_1483778193_n 13621378_1734143403512196_643681056_o 13588987_1734143323512204_739531652_o-1-1 13588987_1734143323512204_739531652_o 13579748_1734500550143148_541567020_o-1-1 13639792_1734501426809727_82996321_o 13621378_1734143403512196_643681056_o-1

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR