Bakıda qeyri-adi maşın yığılıb – VİDEO

c769c32c4f4ecd642e87e6f6605e467fb5df6991

Maşının rəngi ilk baxışdan güzgünü xatırladır. Qapıları isə digər maşınlardan fərqli şəkildə açılır. Qeyri-adi görünüşü ilə diqqət çəkən  maşın son zaman şəhər yollarında tez-tez görünür. Maşının sahibi Rəhman Məlikzadə isə hər zaman digərlərindən fərqli olan maşın sürmək arzusunda olduğunu bildirir.Rusiya istehsalı olan “Priora”  avtomobilini bu hala salmaq üçün isə elə onun öz qiyməti qədər xərc çəkilib.

Sürücü səs sisteminin daha gur və aydın olması üçün min manatlıq avadanlıq da maşına quraşdırıb. O,  hətta bu maşının qeydiyyat şəhadətnaməsini də yenidən alaraq avtomobildə etdiyi dəyişikliləri ora qeyd etdirib.

Avtomobilinin qeyri-adi olması  isə sahibini bəzi hallarda narahat edir.

 Qafqaznews.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR