Baş nazirin gedişi: “Tu-tuu, du-duu” – VİDEO

kemeron_2e636535Britaniyanın baş naziri Devid Kemeron tutduğu vəzifədən istefa verib. Bu gün onu Tereza Mey əvəzləyəcək.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən D.Kemeron Londondakı Dauninq-Strit 10-da, baş nazirin iqamətgahının önündə jurnalistlərin suallarını cavablayıb.
D.Kemeronun sözlərinə görə, bu gün parlamentdə ənənəvi sual-cavab olacaq, daha sonra isə kraliça 2-ci Yelizavetaya istefasını təklif edəcək: “Yeni baş nazirimiz olmalıdır. Tereza Mey güclü, peşəkar insandır. O, tam dəstəyimi alacaq. Bizə uzunmüddətli keçid dövrü gərək deyil”.
Bu gün Britaniya hökuməti D.Kemeronun rəhbərliyi ilə son iclasını keçirəcək.
Britaniya Mühafizəkarlar Partiyasının sədri postuna seçkilərdə DİN başçısı Tereza Mey qalib gəlib. Əslində, əsas rəqibi Andrea Lids namizədliyini geri götürəndən sonra T.Mey partiya sədri postuna yeganə iddialı qalmışdı.
Tereza Mey kraliça 2-ci Yelizavetanın hakimiyyəti dönəmində 13-cü baş nazir, Marqaret Tetçerdən sonra bu postda ikinci qadın hökumət başçısı olacaq.
Devid Kemeron jurnalistlərə açıqlama verəndən sonra Dauininq-strit, 10-a yönəlib və bu arada “tu-tuu, du-duu” deyərək zümzümə edib, qapını açanda isə “Hər şey yaxşı olacaq” deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR