Bir milyard yaşı olan “Ay mineralı” tapılıb

mineral_2475767Avstriyalı alimlər bir milyard yaşı olan “Ay mineralı”nı aşkarlayıblar.

Qafqaznews.az AZƏRTAC-a istinadən bildirir ki, bu növ cisimlər son dəfə 1969-cu ildə “Apollon-11” gəmisinin missionerləri tərəfindən Aydan Yer kürəsinə gətirilib. O zaman alimlər bu cismin Ayın bir parçası olduğunu bildiriblər. Lakin Yer kürəsində aşkarlanmış və bir milyard yaşı olan “Ay mineralı” bu nəzəriyyəni təkzib edir.

Formasına görə xırda iynələrdən ibarət olan bu yeni mineralın tərkibində nadir titan, dəmir və sirkon var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR