Braziliyada Olimpiya məşəlini oğurlamaq istədilər

454870Rio Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyada olimpiya məşəlini oğurlamaq istəyən bir nəfər həbs olunub.

Qafqaznews.az 1xeber.com-a istinadən bildirir ki, Sao Paulo əyalətinin Guarulhos şəhərinin küçələrində olimpiya məşəli polis nəzarəti altında aparılırmış. Həmin vaxt bir nəfər məşəli oğurlamaq istəyib. Polislər onu yaxalayıblar. Hadisədən sonra məşəl yenidən yoluna davam edib.

Məşəl Olimpiya Oyunları başlamamışdan bir gün əvvəl paytaxt Rio de Janeiro şəhərinə gətiriləcək.

Olimpiya Oyunları avqustun 5-dən 21-ə qədər keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR