Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb

f5bfed3a-4346-4fee-bac0-27340258dc24Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb.

“Report” xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə ölkənin qərbində yerləşən San-Paulu şəhərində, cinayətkar qrup üzvlərinin yaxınlıqdakı mağazanı qarət etmək istəyərkən baş verib. Polis cinayətkarları hadisə yerindəcə izinə düşüb. Bundan sonra atışma başlayıb.

Quldurlardan 5-i qaçıb, 1-i isə yaxınlıqdakı kafeyə daxil olaraq kafenin işçilərini və müştərilərini girov görürüb.

Məlumata görə, girov götürülənlərdən ikisi kişi və üçü isə qadındır.

Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR