Bu fikirlər həyatınızı məhv edə bilər – Müalicə almalısınız (VİDEO – FOTO)

p1“Qapını bağladım? Ütünü söndürdüm? Suyu açıq qoymuşam?”

Ağlınıza belə fikirlər gəlirsə, mütləq həkimə müraciət edin.

Son zamanlar obsessiv-kompulsiv pozuntulardan əziyyət çəkən insanların sayı artıb.  Obsessiya və kompulsiya insanın beyninə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Həkimlər həyəcan təbili çalır: psixoloji pozuntu reabilitasiya edilməsə, ciddi xəstəliklər yaradır.  26 yaşlı qəhrəmanımız onda belə halların uşaqlıqdan yarandığını deyir. Vəziyyətini ciddiyə almadığı üçün həkimə müraciət etməyib:

“Evdən çıxıram, elə bilirəm ki, qapını kilidləmədim. Qapını 3-4 dəfə yoxlayıram, bilirəm ki, kilidlidir, amma biraz uzaqlaşan kimi avtomotik beynimdə o fikir yaranır ki, qapı açıqdır ya da tokda nəsə qalıb, suyu açıq qoymuşam. Ancaq təcrübədə heç vaxt olmayıb ki, qapını açıq qoyum, tokda nəsə saxlayım. Evə qayıdıb baxıram ki, hər şey qaydasındadır, heç bir narahatlığa əsas yoxdur. Amma o narahatlıq özümdən asılı deyil”.

Psixoloqlar isə xəbərdarlıq edirlər: bu tip psixoloji pozuntular böhranlı vəziyyətlərdə qazanılan travmalarla əlaqədardır.

Könül Cəfərova – psixoloq: “Məsələn, evdən çıxır, qapını bağlayıb gedir, yolun yarısında ağlına fikir gəlir ki, görəsən qapını bağladım, ütünü söndürdümmü? Yenidən evə qayıdır. O, əslində ütünü söndürüb. Yaxınları ona dəfələrlə desələr belə ki, bəli, sən ütünü söndürdün, suyu bağladın, xeyri yoxdur, o insanın ağlında eyni şeylər qalır. Bu, insanın tamamlanmamış daxili şəxsiyyətidir”.

Xəstəliyin konkret yaranma səbəbi yoxdur. Mütəxəssislər bu tip pozuntuların meydana gəlməsində depressiyanı istisna etmirlər. Reabilitasiyasına gəlincə isə, dərman preparatları və psixoloji müayinə ilə problemi aradan qaldırmaq mümkündür. Müalicə müddəti 3 aydan 6 aya qədər çəkə bilər.

Xəstəlik müalicə olunmadıqda davamlı nevroza gətirib çıxarır. Bu tip pozuntulardan uzaq durmaq üçün sağlam həyat tərzi seçmək, depressiyaya sürükləyəcək işlərdən uzaq durmaq lazımdır. Psixoloqlar belə deyir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR