Bu xalq xərçəngə tutulmur, 150 il yaşayır, qadınlar 65 yaşında… – FOTO

teleqraf.com14689627921_result-119_1468967160Onlar əla fiziki görünüşlərinə xələl gəlmədən, sağlam ağılla 120-150 il yaşayırlar. Bəs bu uzunömürlülüyün sirri nədədir?
Pakistanın şimalında, Hindistan və Çin sərhəddinə yaxın Xunza çayı axır. Bu çayın keçdiyi vadi gənclik vahəsi adlanır. Buranın əhalisi bizdən 2 dəfə artıq yaşayır.

Onların həyat devizi belədir: ət yemə, həmişə çalış, çox hərəkət elə, ritmi dəyişmə.
Xunza sakinlərinin yay rasionuna çiy meyvə-tərəvəz, qış rasionuna isə ərik qurusu və digər qurudulmuş meyvələr, taxıl və qoyun pendiri daxildir. Yazı onlar “ac” aylar adlandırırlar, çünki meyvə hələ yoxdur, qış üçün olan xuruş isə tamamilə azalıb. Bu 2-4 ay ərzində xunza ac qalır, öz güclərini gün ərzində yalnız bir dəfə ərikdən çəkilmiş içki içməklə qoruyub saxlayırlar.
Hərdən, ildə 1-2 dəfə – böyük bayramlarda onlar ət yeyirlər. Bu əlbəttə ki, islama görə haram buyrulan nə donuz əti, nə də inəyi müqəddəs hesab edən qonşu Hindistan görə mal əti deyil.
Xunzalıların heç xəstələnmədiklərini də demək olmaz. Bu adətən, yaz aylarında baş verir.
Vadi sakinləri günlərinin çoxunu təmiz havada keçirir, 100-200 km-lik “gəzinti”yə çıxır, su prosedurası zamanı dağlılar hətta 15 dərəcə şaxtada da suyu qızdırmırlar.
Bu cür həyat şəraiti “gənclik vahəsi”nin sakinlərinə xəstələnməməyə və bir əsrdən artıq yaşamağa imkan verir. Deyilənə görə, hətta 40 yaşlı xunzalı qadın gənc qız kimi görünür, 60 yaşlı qadınların bədən forması əvvəlki kimi zərif qalır, 65 yaşlı qadınlar dünyaya uşaq gətirirlər.

publika.az

289651578e97e8398871468962792_2_result-119_1468966620 2996146578e97e85d5ff1468962792_4_result-101_1468966620 6664999578e97e8752ef1468962792_6_result-72_1468966620 7203940578e97e867ea61468962792_5_result-88_1468966620 8888572578e97e852e451468962792_3_result-110_1468966620

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR