Cəlilabadda ağır yol qəzası – 2 ölü, 2 yaralı – VİDEO – FOTO

c2Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

CTV (Region TV) xəbər verir ki, hadisə rayonun Dövlətalıbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki,  rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi “Lada Kalina” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun sükanı arxasında olduğu “Vaz-2107” markalı avtomobillə  toqquşub. Qəza nəticəsində  hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişb. Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıblar. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanada ilk yardım göstərildikdən sonra yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Faktla  bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma apaırlır.

c3 c4 c5 c6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR