Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

0fa7c22bb5f49ded184ed2c500d4fe72İyulun 27-də Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

APA-nın məlumatına görə, “Fənərbaxça” klubu İstanbulda “Monako”nu qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Fənərbaxça” heyətində hər iki qolu Emanuel Emenike vurub (39 və 61 dəqiqələrdə)

III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək.

Xatırladaq ki, iyulun 26-da turnirdəki yeganə təmsilçimiz “Qarabağ” mərhələnin ilk oyununda səfərdə Çexiyanın “Viktoriya” klubu ilə heç-heçə oynayıb – 0:0.

27 iyul

“Fənərbaxça” (Türkiyə) – “Monako” (Fransa) – 2:1

“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 1:1

“Rusenborq” (Norveç) – APOEL (Kipr) – 2:1

Astra” (Rumıniya) – “Kopenhagen” (Danimarka) – 1:1

“Trençin” (Slovakiya) – “Legiya” (Polşa) – 0:1

“Olimpiakos” (Yunanıstan”) – “Hapoel” (Beer-Şeva, İsrail) – 0:0

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR