Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atıldı

69963Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 15 potensial cütlük müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ” “Düdelanj” (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cütlükləri belədir:
Çempion komandalar:

“Rusenborq” / “Nörçepinq” (Norveç) – APOEL (Kipr) / TNS (Uels) cütünün qalibi

“Dinamo” Zaqreb (Xorvatiya) / “Vardar” (Makedoniya) – “Dinamo” Tiblisi (Gürcüstan) / “Alaşkert (Ermənistan) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan”) – “Şeriff” (Moldova) / “Hapoel” (Beer-Şeva, İsrail)

“Astana” (Qazaxıstan) / “Jalqris” (Litva) – “Seltik” (Şotlandiya) / “Linkoln” (Cəbəllütariq)

“Trençin” / “Olimpiya” (Sloveniya) – “Legiya” (Polşa) / “Zrinski” (Bosniya və Herseqovina)
“Viktoriya” Plzen (Çexiya) – “Qarabağ” (Azərbaycan) / “Düdelanj” (Lüksemburq)

“Astra” (Rumıniya) – “Kopenhagen” (Danimarka) / “Kruzaders” (Şimali İrlandiya)

BATE Borisov (Belarus) / SJK (Finlandiya) – “Hafnarfyordur” (İslandiya) / “Dandolk” (İrlıandiya)

“Ludoqorets” (Bolqarıstan) / “Mladost” (Monteneqro) – “Srvena Zvezda” (Serbiya) / “Valetta” (Malta)

“Ferensvaroş” (Macarıstan) / “Partizani” (Albaniya) – “Zalsburq” (Avstriya) / “Liepaya” (Latviya)
Qeyri – çempionlar 

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boys” (İsveçrə)

“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)

“Rostov” (Rusiya) – “Anderlext” (Belçika)

“Fənərbaxça” (Türkiyə) – “Monako” (Fransa)

“Sparta” (Çexiya) – “Styaua” (Rumıniya)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR