Dünya Bankı məcburi köçkünlərə kredit verəcək

150845_res_01Dünya Bankı (DB) və Azərbaycan hökuməti “Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması” (IDP, Living Standards and Livelihoods) layihəsi üzrə 66,7 milyon dollar həcmində əlavə maliyyələşdirmə haqqında saziş imzalayıblar.

Trend xəbər verir ki, Dünya Bankının Direktorlar Şurası layihə üçün əlavə maliyyəni iyunun 17-də təsdiqləyib. Azərbaycan hökumətinin layihədə iştirak payı 11,83 milyon dollardır (vergi ödənişlərinin qarşılanması üçün).

Bankın yerli nümayəndəliyindən əlavə maliyyələşdirmə çərçivəsində vəsaitin ayrılması müddətini dəqiqləşdirməyiblər.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR