Dünyanın ən kiçik telefonu – FOTO

451793Çinlilər yenə maraqlı bir telefon istehsal ediblər. Şirkət nümayəndələrinin məlumatına görə, Card Phone adındakı telefon dünyanın ən kiçik kart telefonudur.

Ovcunuzun içinə rahatlıqla yerləşə bilən telefonun qiyməti də özü kimi kiçikdir. Cəmi 14 dollar olan bu telefonun çəkisi isə 30 qramdır.

Card Phone adlı telefona 200 nəfərə yaxın insanın nömrələrini qeyd etmək mümkündür. Telefonda eyni zamanda qulaqcıq vasitəsi ilə radioda musiqi dinləmək olur. 320 mA batareyaya sahib olan bu telefonun uzunluğu 85 mm, eni isə 55 mm-dir. Card Phone-nun yaddaşı isə 128 mb-dır.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, onda mütləq “Texno Park”a baxmalısınız.

“Texno Park” bazar günü, saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.451793_03 451793 451793_01

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR