Dünyanın ən yaşlı qadını vəfat edib

54ca67bb756e7b0732b7767848d2ec8dVyetnamın Hoşimin şəhərində dünyanın ən yaşlı qadını Nquen Thi Çu dünyasını dəyişib.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, 123 yaşlı qadın 2015-ci ildən planetin ən yaşlı qadını hesab edilirdi. 1893-ci il təvəllüdlü Nquen Thi Çu 11 övlad dünyaya gətirib. Hazırda onlardan 2-si sağdır. Nəvə, nəticə və  kötükcələrinin sayı isə 100-ü ötüb. Bildirilir ki, Nquen Thi Çu son günlərinədək özünü gümrah hiss edib, yaşına xas olan xəstəliklərdən əziyyət çəkməyib, həkimlərə müraciət etməyib. Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR