Ekstremal paraşüt olmadan 7,6 kilometr yüksəklikdən tullandı – VİDEO

1473254602Amerikalı ekstremal Lük Aykins şənbə günü, iyulun 30-da, paraşütsüz 7,6 kilometr yüksəklikdən tullanıb.

Oxu.Az xəbər verir ki, yalnız kamera və naviqator ilə təchiz edilmiş ekstremal Simi-Velli (Kaliforniya ştatı) şəhəri üzərindən yüngül motorlu təyyarədən aşağı atılıb.

Fox telekanalı qeyd edir ki, Aykinsin düşmə sürəti saatda 120 mil təşkil edib (saniyədə 53 metr).

Sərbəst uçuşdan iki dəqiqə sonra 42 yaşlı ekstremal 30х30 metrəyə olan və dörd krana bağlanmış tora eniş edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR