Ermənilər kəndlərimizi atəşə tutdular

ateskes_5544Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Qafqaznews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri Horadiz şəhəri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR