“Ermənistan danışıqlarda irəliləyişin qarşısını almağa çalışır”

xin_2474576676Qafqaznews.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Milli Diplomatiya Günü” münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verir.

H.Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır: “Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR