Esmira Cavadova özünü sığortaladı, amma…. – FOTOLAR, AUDİO

esmiraİyulun 22-də “Azadlıq Radiosunun əməkdaşı etiraf etdi: “Sizdən götürmüşəm” – FOTOLAR” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda iyulun 19-da Azadlıq Radiosunun “Qaynar Xətt” bölməsində “Yeni Bakı” ilə bağlı “araşdırma” yazısından söz açılırdı. Esmira Cavadova iyulun 22-də Qafqaznews.az Legion.az saytlarındakı araşdırmaların müəllifi Rüfət Əhmədzadə ilə söhbətində Abşeron RİH-in açıqlamasını Qafqaznews.az-dan götürdünüyü etiraf etmişdi.

Həmin dialoqu bir daha oxucuların nəzərinə çatdırırıq:

R.Ə: “Alo, salam, Esmira xanımdır?

E.C: “Salam, bəli, buyurun”. R.Ə: “Sizi Rüfət Əhmədzadə narahat edir, Qafqaz Xəbər Agentliyindən. Sizi bir həmkarım kimi, Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”

E.C.: “Sağ olun, qarşılıqlıdır, təşəkkür edirəm”.

R.Ə.: “Esmira xanım, vaxtınızı almayacağam, amma bir şey soruşmaq istəyirəm”

E.C.: “Buyurun”.

R.Ə.: “Esmira xanım, Abşeron Rayon İcra Hakimiyyətindən kim açıqlama vermişdi sizə? Onu bizimlə bölüşə bilərsiniz, kimdən almışdınız açıqlamanı, zəhmət olmasa?”

E.C.: “Bircə dəqiqə… Açıqlamanı sizdən götürmüşdüm, düzdür”.

R.Ə: “Bizdən götürmüşdünüz?”

E.C.: “Bəli, sizdən götürmüşdüm… Amma mən orda yazmamışam ki, açıqlama Azadlıq Radiosuna verilib”.

R.Ə: “Yazmamısınız, yəni, hara bildirildiyini də yazmamısınız, eləmi?”

E.C.: “Bircə dəqiqə… Yazıya baxıram ey, görüm nə yazmışam?… Amma Abşeron icra hakimiyyəti ilə danışmaq problem d13823198_267006547006079_1908416143_neyil”.

R.Ə.: “Yox, yox, sadəcə elə-belə soruşuram… Onda bizim linkdən götürmüsünüz, yoxsa göndərilən yazıdan, emaildən?”

E.C.: “Siz çox xırda bir işin davasını aparırsınız ey…. neçə gündür ey, vallah! Sizin saytınızın başqa işi-gücü yoxdur? Başqa problemərdən yazın…”.

R.Ə.: “Başqa işimiz-gücümüz var… Mən sizinlə heç nəyin davasını eləmirəm . Sadəcə… Siz dünən “Facebook” da yazmışdınız ki, məqaləni yazan zaman sizin saytınızdan xəbərim olmayıb, amma bu gün deyirsiniz ki, sizdən götürmüşəm”.

E.C.: “Ola da bilər, olmaya da bilər. mTHgjzUQ-1Mən sizə dəqiq əminliklə demirəm. Başa düşürsünüz? Əminliklə demirəm, hardan götürmüşəm…”

R.Ə.: “Yəni, özləriylə danışmamısınız da.. “

E.C.: “Lap elə danışmışam… Tutaq ki, danışmışam”.

R.Ə.: “Kiminlə danışdığınızı da demirsiniz bizə?”

E.C.: “Mən sizə hesabat vermək zorunda deyiləm… Yanımda bu dəqiqə şikayətçi var… Vaxtımı alırsınız”.

R.Ə.: “Yaxşı, mən sizi daha narahat etməyəcəm”.

Göründüyü kimi, Esmira Cavadova “Qaynar Xətt” addından Azadliq.org saytına yerləşdirilən  açıqlamanı özü almayıb və sadəcə Qafqaz Xəbər Agentliyinin intellektual məhsuluna “əl gəzdirərək”, öz yazısı kimi oxuculara təqdim edib. Bundan savayı, iyulun 20-də əməkdaşımızla söhbətində E.Cavadova etiraf etmişdi ki, Toğrul Məcidov və Sabir Kazımov adlı “Yeni Bakı” sakinləri email məktubu göndəriblər, amma məktubda telefon nömrəsi qeyd etməyiblər. Buna görə də, Esmira Cavadova narahat olduğunu bildirmişdi.

Lakin sonradan Azadlıq Radiosunun saytında Sabir Kazımov adlı vətəndaşın səs yazısı peyda oldu. Yazı 19 iyul tarixində yerləşdirilsə də, səs yazısı Azadlıq Radiosunun bazasına 22 iyulda yerləşdirilib. Kimsə deyə bilər ki, ictimai qınaqdan narahat olan Esmira Cavadova narahat olub və tələm-tələsik özünü sığortalamağa qərar verib. Lakin bu, qəbahət deyil və biz həmkarımızı qınamırıq. Səs yazısını dinlədik, nəticədə bir sıra suallarımız yarandı.

esmira1

Esmira Cavadovanın səsindəki həyəcan və həmsöhbətinə “danışın da”, “bir az geniş danışın, başqa nə problemlər var”, “bəs Abşeron RİH-dən nə deyirlər” deməsi ilə, Sabir Kazımov adlı 13823620_269074563465944_2016621408_nvətəndaş sanki bütün məqaləni qabağına qoyub telefona oxuyurdu.

Hətta iş o yerə çatmışdı ki, Toğrul Məcidov adlı vətəndaşın dilindən verilən  aşağıdakı sitatı da Sabir Kazımov özü dilə gətirirdi: “Toğrul Məcidov 3 il əvvəl Masazırdakı “Yeni Bakı” yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb.

“Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır” (azadliq.org).

Sabir Kazımov Abşeron RİH-in baş memarı Akif Əliyevin açıqlamasını da öz adından Azadlıq Radiosuna “yetərincə çatdıra” bilmir, amma Azadlıq Radiosunun əməkdaşı almadığı açıqlamanı hələ də yazıda saxlamağa davam edir.

esmira 3

Bundan savayı, azadliq.org saytında Sabir Kazımovun dilindən verilən aşağıdakı cümlələrə diqqət edin:

““Çıxarış vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrdində qeydiyyata aldıra bilsinlər. Özünü “İlin dörd fəsli” MMC-nin təmsilcisi kimi təqdim edən şəxs ortalığa mühafizəçi və işçilərini buraxıb, girirlər binalara, kommunal pulu, su, işıq pulu tələb edirlər, ödəməyənlərin işığını kəsir, sayğaçlarını qoparıb tullayırlar. Binanın liftini qəsdən xarab edirlər ki, sakinlər istifadə edə bilməsinlər. Binanın qanuni idarəedilməsini həyata keçirən “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atırlar. Görün, nə dərəcədə özbaşınalıqdır ki, binanın girişinə qapı və domafon qoymağımıza da fiziki güc tətbiq etməklə imkan vermirlər. Sakinlərlə əl-qolu bağlı dustaq kimi davranırlar, sanki həbsxanadır” (azadliq.org).

Aşağıdakı çıxarış isə Legion.az-da yayımlanmış ““Yeni Bakı”da mənzil mülkiyyətçiləri Ramiz Mehdiyevə müraciət etdi” başlıqlı yazıdan “copy-paste”dır: “Bütün bunlara baxmayaraq, özünü “İlin dörd fəsli” MMC-nin təmsilcisi kimi təqdim edən Yusifov Ehtiram özünün mühafizəçi və işçilərini bizim binaya göndərərək bizdən kommunal pulu, su və işıq pulu tələb edir və ödəməyənlərin elektriklərini kəsir və sayğaçlarını bağlayır. Binanın liftini xarab edir və binanın qanuni idarəedilməsini həyata keçirən “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atdırır. Binanın sənədlərini tamamilə özbaşınalıq edərək vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıra bilsinlər. Aşkar və nümayişkaranə şəkildə kommunal, su və işıq pullarını ona verməyənlərin mənzillərinin elektrik kabelləri şaxtadan kəsilərək atılır! Binanın girişinə qapı və domafon qoymağımıza fiziki güc tətbiq etməklə imkan verməməkdədirlər. Bu əməllərinə görə, E.Yusifova dövləti və höküməti xatırlatdıqda isə, açıqca bildirir ki, “mən heç kimdən qorxmuram”. Bütün bu dediklərimizi o hamının gözü qarşısında edir və buna dair əlimizdə çoxsaylı səs yazısı və video görüntülər də var. Qaldı ki, bunu dəqiqləşdirmək üçün sakitcə gəlib binanın ərazisində 15-20 dəqiqə müşahidə aparmaq da kifayət edir”.

13816927_269099396796794_955480962_n

Artıq şərhə ehtiyac yoxdur… Nə qədər peşəkar olsa da, başqa jurnalistlərə yuxarıdan-aşağı baxmayan həmkarlarımıza uğurlar arzu edirik.

Sənan Məmmədli

Qafqaznews.az

Redaksiyadan qeyd: Qafqaz Xəbər Agentliyinin “Yeni Bakı” ilə bağlı araşdırma yazılarını aşağıdakı  linklərdən oxuya bilərsiniz:
http://qafqaznews.az/2016/07/azadliq-radiosunun-m-kdasi-etiraf-etdi-sizd-n-goturmus-m-fotolar/

http://qafqaznews.az/2016/07/yeni-baki-da-c-za-kampaniyasina-start-verildi-foto-video/
http://qafqaznews.az/2016/07/yeni-baki-da-binalar-cat-verir-foto-video/

http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyi-yeni-baki-il-bagli-ittihamlara-cavab-verdi-reaksiya-cavab/

http://qafqaznews.az/2016/07/abseronun-bas-memari-yeni-baki-da-binalarin-cokm-sini-t-sdiql-di-arasdirma-foto-video/

http://legion.az/9503–yeni-bak%C4%B1da-m%C9%99nzil-m%C3%BClkiyy%C9%99t%C3%A7il%C9%99ri-ramiz-mehdiyev%C9%99-m%C3%BCraci%C9%99t-etdil%C9%99r-m%C6%8Ftn.html

http://qafqaznews.az/2016/06/yeni-baki-sakinl-ri-dovl-t-bascisina-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-isiqsiz-qalan-sakinl-r-alternativ-enerji-axtarirlar-video/
http://qafqaznews.az/2016/05/yeni-baki-da-qalmaqal-dusdu-sakin-ozunu-yandirmaq-ist-di/
http://qafqaznews.az/2016/05/az-risiq-dovl-t-bascisinin-f-rmanina-qarsi-gedir/
http://qafqaznews.az/2016/04/yeni-baki-massivinin-sakinl-ri-ozbasinaliq-v-kobudluqdan-sikay-t-edir-video/
http://qafqaznews.az/2016/04/az-risiq-dan-yeni-baki-sakinl-rin-q-rib-cavab-gedin-prezident-sikay-t-




 

esmira113816927_269099396796794_955480962_n
esmira 3



 

 

esmira yeni baki sehife esmira cavadova komment subut muelliflik huququ azadliq yeni baki plaqiat

 





 

13823620_269074563465944_2016621408_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR