“Eurovision-2017″ Mahnı Müsabiqəsini keçirmək istəyən Ukrayna şəhərlərinin adları açıqlanıb

c53da62cd9843a14b3c2819248cc0e03Ukraynada 5 şəhər “Eurovision-2017’ Mahnı Müsabiqəsinin keçirilməsi üçün Ukrayna Milli Teleşirkətinə müraciət edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu müsabiqənin təşkilinə məsul olan Ukrayna Milli Teleşirkətinin rəhbəri Zurab Alasaniya açıqlayıb.

Z. Alasaniya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Kiyev, Lvov, Dnepr, Odessa və Xarkov artıq “Eurovision-2017’ Mahnı Müsabiqəsini qəbul etməklə bağlı müraciət edib. Müraciətlərə cavab olaraq onlara müsabiqənin şərtləri təqdim edilib.

Qeyd edək ki, bu il Stokholmda keçirilən “Eurovision-2016” Mahnı Müsabiqəsində Ukrayna təmsilçisi Cəmilə (Suzana Camaləddinova) qalib gəlib. İyunun 24-də Ukraynada “Eurovision-2017” Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi üçün rəsmi prosedura start verilib. Bu proses avqustun 1-ə kimi başa çatmalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR