Evdən 2.8 kq marixuana tapıldı – Narkotik əkib-becərənlər saxlanıldı (VİDEO – FOTO)

nb3Kanal S (Region TV) xəbər verir ki, Balakəndə narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdirilməsi və narkotik vasitələrin qanunsuz saxlamaqda təqsirləndirilən rayon sakinləri həbs edilib. RPŞ-nin əməliyyat-axtarış qrupunun növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Qullar kənd sakini, 1978-ci il təvəllüdlü Rəsul Nizami oğlu Yetimovun yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada əkilən 3 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə kollarıyaşadığı evdən isə 45,21 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana götürülüb. 

Eləcə də rayonun Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Asadullah İsa oğlu Qurbanovun yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd dibçəkdə əkilmiş çətənə kolları, yaşadığı evdən isə 2 kq 805 qr narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
Hər iki şəxs barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
 


nb2

nb4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR