Fransada fövqəladə vəziyyət 6 ay qüvvədə olacaq

8b560493-d2ef-4a48-9304-0dc5bda3d573_292Fransa Milli Məclisinin (parlamentinin aşağı palatası) ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olm müddətin uzadılmasının lehinə səs veriblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.

Ötən ilin 13 noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır. Güman edilirdi ki, onun müddəti uzadılmayacaq. Lakin  Nitsa şəhərində baş vermiş növbəti terror aktından sonra fövqəladə vəziyyətin müddəti uzadıldı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR