Əfsanəvi futbolçu bomj həyatı sürür – FOTO,VİDEO

1468312067İngiltərə futbolunun əfsanələri sırasında adı çəkilən Pol Qaskoynun karyerasını başa vurduqdan sonra yalnız qalmaqallarla gündəmə gəldiyi məlumdur. Spirtli içki aludəçisinin son görüntülərinə təəssüflənməmək olmur.

Publika.az xəbər verir ki, “Qazza” bugünlərdə hamam xalatıyla taksidən düşərkən görüntülənib. İçki, siqaret və ağrıkəsiçi almağa gedən Qaskoynun ayaq üstə güclə durduğu şəkillərə baxanda hiss olunur. Demək olar çılpaq vəziyyətdə taksidən düşən sabiq futbolçunun heç ayaqqabısı da olmayıb.

Şahidlərin sözlərinə görə, ağlı başında olmayan Pol evin açarını unutduğu üçün qonşulardan kömək istəyib.

2004-cü ildə futbol karyerasını başa vuran Qaskoyn İngiltərə millisinin formasını 57 dəfə geyinib.

axar.az1468312131pol3 axar.az1468312131pol4 axar.az1468312131pol5

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR