Gəmiricilər əkin sahələrini məhv edir – VİDEO – FOTO

2Göyçay rayonu ərazisində əkin sahələrinə gəmiricilər daraşıb. “Hazırda siçanlar hamısı darışıb yonca sahələrinə. Biz də, bunun kökünü kəsə bilmirik” deyə fermer Cümşüd Məhiyev bildirib.

EL TV (Region TV) xəbər verir ki, fermerlər taxıl biçiləndən sonra yonca sahələrində ziyanvericilərə daha çox rast gəlindiyini deyirlər. “1 kvadratmetr yerdə 10-15 dənə siçan yuvası var. Bunların da, belə kütləvi artması tamam yoncanı məhv eləyib” deyə fermer Zülfüqar Həsənov bildirib. Bir hektar ərazidə 1500-2000-ə yaxın siçan var. Onlar zərərvericiləri məhv etmək üçün sahələrə su buraxsalar da, bu, yaxşı nəticə vermir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Respublika Bitki Mərkəzi tərəfindən isə Göyçayda gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Mərkəzin nümayəndələri bildirirlər ki, ümumilikdə bu il gəmiricilərə əsasən Tərtər, Goranboy, Ağdam və Ağcəbədi rayonları ərazisində rast gəlinib. Ümumilkdə 46 min hektardan çox ərazidə ziyanvericilərə qarşı mübarizə aparılıb. Əgər 1 hektar sahədə 300-dən çox siçan yuvası aşkarlanarsa, bu, ziyanlı hədd hesab olunur. Mübarizə tədbirləri isə dövlət vəsaiti hesabına aparılır. Kimyəvi tərkibli preparatların qatıldığı yem sahələrə qoyulur. Aparılan bütün uçot müşahidələr göstərir ki, bu zərəvericilərin dinamikası nəzarətimiz altındadır və heç də təşvişə düşmək, narahat olmaq lazım deyil” deyə Respublika Bitki Mərkəzinin rəis əvəzi Damət Sultanov bildirib. Respublika Bitki Mərkəzindən gəmiricilərə qarşı mübarizə ilə bağlı fermerlərə tövsiyələrin də verildiyi bildirilir.

1 - копия

3

4

5

6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR