İki piyadanı vurub qaçan sürücü tutularaq istintaqa cəlb olunub

11955İyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı “01-AB-055” dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar – Qiymət İbrahimovanı və Xədicə Kərimovanı vuraraq qaçıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun  Qafqaznews.az-a daxil olan birgə məlumatında bildirilib ki, nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR