​Yunanıstanın müflis olmuş neft şirkətinin sahibi intihar edib

5120a214-59fc-4544-a653-61ccbdc2efbaYunanıstanın iri neft şirkəti “Mamidoil Jetoil”nin 84 yaşlı sahibi Kiriakos Mamidakis intihar edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb şirkətin iflasa uğramasıdır.

Şirkət rəhbərinin cəsədi Krit adasındakı evində tapılıb. Cəsədin yanında tapança da olub. Bu səbəbdən polis Kiriakos Mamidakisin intihar etdiyini bildirib.

“Mamidoil Jetoil” Yunanıstanın ən uzunömürlü və nəhəng şirkətlərindən olub. Əsası 1968-ci ildə qoyulmuş şirkət neft məhsullarının Yunanıstana və Balkan ölkələrinə daşınması, satışı və saxlanılmasını həyata keçirib.

” JETOIL” brendi adı ilə 600 yanacaqdoldurma məntəqəsinə məxsus olmuş şirkətin 7 tankeri olub. Şirkətin böyük problemləri əsasən ötən ildən başlayıb. “Mamidoil Jetoil”in Yunanıstanın cənubundakı biznes hissəsi satılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR