İndi sizə film kimi bir hadisədən danışacağıq-VİDEO

32432989İkinci dünya müharibəsində ağır yaralanmış bir azərbaycanlı əsgərə baxan gənc tibb bacısının vəfası sizi də heyrətə gətirəcək

İndi 90 yaşı olan volqaqradlı qadın 71 ildir axtardığı döyüş yoldaşını nəhayət Azərbaycanda tapıb. Ancaq məzarda. Film ssenarisi kimi axtarış və qadının hisslərini öyrənməyə dəyər.

Aradan keçən 71 il axtardığı insanı tapmaq istəyinə mane olmadı. 2-ci Dünya müharibəsində tibb bacısı işləyən Lidiya Mixayılovna həyatını xilas etdiyi gənci illər boyu axtarıb.

Lidiya Mixayılovnanın sözlərinə görə həkimlər həmin yaralı əsgərin sağalacağına inanmasalar da bir müddətdən sonra müalicələrə cavab verməyə başlayıb. 1 aydan sonra isə əsgəri hərbi xəstəxanaya göndəriblər elə həmin gündən sonra onlar bir daha görüşə bilməyiblər. Amma buna baxmayaraq o illər boyu həmin gənci axtarıb.

90 yaşlı qadın öz kiçik gündəliyində xəstəxanada baxdığı və soyadları yazıb saxladığı gəncələr barədə bütün iştirak etdiyi tədbirlərdə bəhs edirmiş. Bir gün uşaq baxcalarının birində bu gənclərdən bəhs edərkən onun yaxını tapıb və beləliklədə Bakıya gəlmək ona nəsib olub.

Fatulla Həmidovun övladları isə deyir ki, Lidiya Mixayılovna ilə görüş onları atalarının gənclik illərinə səyahət etdirib. 90 yaşlı qadın döyüş yoldaşının məzarınada baş çəkib. Dəvəçi rayonunda dəfn edilən Fətulla Həmidovun məzarını ziyaratə edən qadın vətəninə qayıdacaq.

xezerxeber.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR