“iPhone 7”-nin ilk görüntüləri yayıldı – FOTOLAR

qaynarimage237436“Apple” şirkətinin bu ilin sentyabr ayında satışa çıxartmağı planlaşdırdığı “iPhone 7” smartfonlarının fotoları yayılıb.

Qaynarinfo.az xəbər verir ki, fotoları yayan fransız “Nowhereelse” bloqu şəkillərin həqiqiliyinə zəmanət vermədiyini açıqlayıb.

Qeyd edək ki, “Nowhereelse” əvvəllər də Apple şirkətinin bazara çıxartmağa hazırlaşdığı məhsulların şəkillərini yaymış və şəkillərin həqiqiliyi təsdiqini tapmışdı.  Görüntülərdən məlum olur ki, yeni model “iPhone”ların arxa tərəfindəki kamera əvvəlkilərə nisbətən böyükdür.
Həmçinin “iPhone 6s”dən fərqli olaraq  yeni modeldə antena telefonun kənarlarında yerləşəcək.

“Apple” şirkəti görüntülərə münasibət bildirməyib.

qaynarimage378857 qaynarimage424274 qaynarimage870808 qaynarimage916826

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR