İrəvanda etirazlar baş qaldırdı, 100-dən çox etirazçı həbs edilib

30182698Polis tərəfindən etiraz aksiyasının dağılması zamanı Rusiyanın “Life” telekanalının operatoru da yaralanıb

İrəvanda iyulun 30-a keçən gecə baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub.

“Xəzər Xəbər”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.

Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.

Məlumata görə, polislər səsli qumbaralardan istifadə ediblər.

Polis tərəfindən etiraz aksiyasının dağılması zamanı 30-dan çox insan, o cümlədən Rusiyanın “Life” telekanalının operatoru da yaralanıb.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs İrəvan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR