İrəvanda yaraqlılar daha bir polisi öldürdü

153514_res_01Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, 30 yaşlı polis əməkdaşı yaraqlıların nəzarətində olan polkun ərazisindən açılan snayper atəşi ilə öldürülüb. Bu, yaraqlılar tərəfindən öldürülən ikinci polis əməkdaşıdır. Onlar iyulun 17-də polkun binasına hücum edəndə bir polis polkovnikini öldürmüşdülər.

Hadisə yerində olan jurnalistlərin verdikləri xəbərlərə görə yaraqlılara verilən ultimatumun vaxtı başa çatsa da təhlükəsizlik qüvvələri hələlik onlara qarşı hücum əməliyyatına başlamağa tələsmir. Bununla belə polkun ətrafında xüsusi təyinatlı qüvvələr və yüngül zirehli texnika cəmləşdirilib, ehtimal edilir ki, yaraqlılara qarşı xüsusi əməliyyat axşam saatlarında keçiriləcək.

*   *   *19:33

İrəvanda post-patrul polisi polkunun binasını nəzarətdə saxlayan silahlı qrupla təhlükəsizlik qüvvələri arasında yeni atışma baş verib.

Virtualaz.org xəbər verir ki, atışma zamanı bir polis öldürülüb. Erməni KİV-lərinin məlumatına görə öldürülən polis əməkdaşı yaraqlıların nəzarətində olan binanın 350-400 metrliyində maşında olub. O, 1986-cı ildə anadan olmuş Yura Tepanosyandır.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti yaraqlılardan binanı iyulun 30-u saat 17-yə qədər boşaltmağı tələb etmişdi. Əks halda yaraqlılara qarşı xəbərdarlıqsız atəş açılacağı bildirilib. Yaraqlılar ultimatumu qəbul etməyib.

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR