İrkutsk vilayətində “İl-76” təyyarəsi yoxa çıxıb

0e32c06b-bfc3-4e34-9306-7015e02f38d7_292İrkutsk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “İl-76” təyyarəsi ilə əlaqə kəsilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, meşə yanğının söndürülməsində iştirak edən təyyarə ilə əlaqə yaradıla bilinməməsini Rusiya FHN-dən də təsdiq ediblər.İlkin məlumatlara görə, təyyarə sıx duman olan ərazidə uçuş həyata keçirib. Pilotlar Bakı vaxtı ilə 07:30-da əlaqəyə girməli olsa da, bu, baş verməyib.

“Yoxa çıxan” təyyarənin göyərtəsində təxminən 10 nəfər ola bilər. Onların hamısı ekipaj üzvləridir.Hazırda təyyarənin axtarışı həyata keçirilir. Qeyd edək ki, 1974-cü ildən silahlanmaya qəbul edilmiş “İl-76” Rusiyada ən çox istifadə olunan ağır hərbi-nəqliyyat təyyarəsi hesab edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR