“İşim bağlandı, evlərə girməyə başladım” – 20 evi yaran oğru (VİDEO – FOTO)

unnamed (6)“İşıq yanmırdı, pəncərəni açıb girirdim”
Abşeron rayon Polis İdarəsinə Ceyranbatan qəsəbəsində bir necə mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub. Aparılan araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 25 yaşlı Eminağa Cəfərov saxlanılıb. Məlum olub ki, o, 6 ay ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisində ümumilikdə 20-yə yaxın mənzildən oğurluq edib.
Saxlanılan Eminağa Cəfərov mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib: “Bir ildir ki, gəlmişəm Bakıya. Daş sexində işləyirdim. İş bağlanandan sonra, 6 ay olardı ki, mənzillərə girib pul, qızıl götürürdüm. İşıq yanmırdı, elə pəncərəni açıb girirdim”.Oğurluq yolu ilə əldə etdiyi qızılları Bakıdakı “Moskva” univermağında satdığını deyən Eminağa Cəfərov, bütün pulları xərclədiyini bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Region TV)
unnamed (7) unnamed (8) unnamed (9) unnamed

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR