İtaliyada iki qatar toqquşub: Ölənlər var – VİDEO

italycrash-pic905-895x505-74044Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları cəlb edilib.

İtaliyanın cənubunda Bari əyalətində Andriya və Korato yaşayış məntəqələri arasında iki regional qatar toqquşub, 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə Oxu.Az “Associated Press”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları cəlb edilib. Regional dəmir yol xəttində hərəkət dayandırılıb.

Toqquşma zamanı qatarlarda çoxlu sayda sərnişin olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR