Jurnalistlər Prezidentə minnətdarlıq etdilər-FOTOLAR

DSC_3544Qafqaznews.az xəbər verir ki,Səbail Rayon İcra Hakimiyyətinin və YAP Səbail Rayon təşkilatının təşəbbüsü ilə Milli Mətbuat günü ilə bağlı qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə Milli Mətbuatın tarixi, jurnalisttikanın problemləri və inkişafı barədə danışdı. Qeyd etdi ki, bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf və əmin-amanlığa  görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Onun böyük və müdrik siyasəti nəticəsində dünyada baş verən iqtisadi-siyasi böhranlara baxmayaraq Azərbaycanda stabillik qorunmuşdur. Bu gün ölkədə sabitliyin, əmin-amanlığın, tərəqqinin başında ulu öndər Heydər Əliyev siyasətini layiqincə inkişaf etdirən möhtərəm prezidentimiz durur. Azərbaycan dünyaının ictimai-siyasi sistemində öz yerini tutub, hərtərəfli inkişaf edir, dünyada analoqu olmayan iqtisadi göstəricilərə nail olub.

Eldar Əzizov və tədbirdə çıxış edən «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd etdilər ki, hazırda kütləvi informasiya vasitələri nümaynədələrinin qarşısında duran ən mühüm vəzifələr birmənalı olaraq Azərbaycanın bu günkü nailiyyətlərini, Prezident İlham Əliyevin böyük dövlət xadimi kimi yeritdiyi siyasəti, gördüyü işləri təbliğ etmək, ulu öndər Heydər Əliyevin irsini gənc nəslə çatdırmaq, ölkə iqtisadiyyatı, siyasəti və digər sahələr üzrə  analitik materialları oxuculara çatdırmaq olmalıdır.

Görüşdə çıxış edən jurnalistlər ölkədə KİV-lər və mətbuat işçilərinə yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdir.

Qafqaznews.az

DSC_3550 DSC_3554 DSC_3559 DSC_3569 DSC_3573 DSC_3574 DSC_3577

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR