Kristian Vyeri 43 yaşında futbola qayıdır

70910İtaliya millisinin sabiq hücumçusu Kristian Vyeri yenidən futbola qayıdır.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 43 yaşlı futbolçu karyerasını yenidən bərpa edəcəyini açıqlayıb.

Bu barədə “İnstagram” sosial şəbəkəsindəki səhifəsində yazan Vyeri Çində oynayacağını bildirib: “Mənim möcüzəvi xəbərim var. Qayıdıram və Çində oynayacam. Əgər 5 ay öncə çəkim 101 kq idisə, hazırda 91 kiloqramam. Bu müddətdə 10 kq çəki atmışam. Çəkimi daha 2 kq azaltsam, o zaman futbol oynamağa hazır olacam. Hər kəsə xoş günlər”.

Qeyd edək ki, “Latsio”, “İnter”, “Yuventus” və “Atletiko” kimi klublarda oynayan Vyeri 2009-cu ildə karyerasını başa vurduğunu açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR