LEGİON.AZ saytı “KİV haqqında” Qanunu pozmayıb

hakim-2Bu günlərdə Qafqaz Xəbər Agentliyinə və agentlik nəzdindəki Legion.az saytına Şəki Rayon Məhkəməsində hakim Elçin Mehdiyevin imzası ilə bildiriş məktubu gəlmişdi.

Məktubda deyilirdi: “İddiaçı Məmmədova Şəbnəm İsmayıl qızı tərəfindən sizə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir”.

Ş.Məmmədova “ona dəyən mənəvi zərərə görə” agentlikdən və saytdan 100 manat tələb edir. Belə bir məktub ayrıca olaraq Qafqaz Xəbər Agentliyinə də gəlib. Xatırladaq ki, mayın 11-də Qafqaznews.az saytında “Yaqub Mahmudovun polis qohumu dörduşaqlı ailənin dağılmasına səbəb olub?” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə Şəkidə polis kapitanının dörduşaqlı ailəni dağıtması ilə bağlı baxixeber.az saytında çıxan yazıdan informasiya gətirilir: ““Yüksək ranqlı himayəçisinin dəstəyinə arxalanaraq kifayət qədər qanunsuzluqlar törətdiyi haqda məlumatlar almışıq. Polis zabiti olan Abdulkərimov bütün əxlaq normalarına tüpürərək Cumakənd ərazisində evli bir qadınla ilişkilər qurub. Nəhayətdə qadının ailəsi bu münasibətdən xəbər tutub. 3 övladı olan qadının ailəsi dağılıb.13383452_1723744004552136_500379006_o-2-1

Qadının əri iddia edir ki, hətta sonuncu uşağın atasının Abdulkərimov olmasından şübhələnir. Əslində buna əmindir, lakin DNK analizi üçün maddi imkanı olmadığından edə bilməyib. Lakin bu biabırçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə artıq şikayət edilib”, – deyə məqalədə bildirilir. Həmçinin, bakixeber.az saytında həmin polislə qadının birgə şəkilləri də yayımlanıb. Mayın 5-də Qafqaz Xəbər Agentliyinə bu hadisə barədə əlavə məlumatlar daxil oldu.Qafqaz Xəbər Agentliyi sözügedən gəlinin qayınatası Həmzat Məmmədovla əlaqə saxlayıb.

H.Məmmədov bildirib ki, artıq bir neçə ildir həm Baş Göynük kəndinə, həm də1462127541_13101553_10153416211817691_237929396_n-1-kopiya-1-4 bir neçə kəndə sahə rəisi kimi nəzarət edən polis kapitanı Adil Abdulkərimovun onun gəlini ilə münasibətləri var. Qafqaznews.az Şəbnəm Məmmədovaya da zəng edib və  məsələ ilə bağlı onun münasibətini öyrənib . Ş.Məmmədova isə H.Məmmədovun sözlərini təkzib edib və böhtan adlandırıb. Bununla da, biz “KİV haqqında” qanunun tələblərinə riayət etmişik. O qeyd edib ki, Adillə onu qohumluq əlaqələri və uşaqlıq illərindən yaranan dostluq birləşdirir.

Lakin buna baxmayaraq, Şəbnəm Məmmədova LEGİON.AZ -ı məhkəməyə evrərək, KİV haqqında qanunvericiliyin tələblərini pozmaqda, şərəf və ləyaqəti alçaltmaqda günahlandırıb.“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev LEGİON.AZ-a bildirib ki, əgər hansısa KİV təkzib olunmayan məlumatı başqa KİV-ə istinadən dərc edirsə, bu onu məsuliyyətdən azad edir.“Məsuliyyət istənilən halda ilk informasiya verən saytın boynuna düşür”, – deyə A.Əliyev LEGİON.AZ-a cavab verib.

arif-eliyevO vurğulayıb ki, “KİV haqqında” Qanunda xüsusi maddəyə görə, informasiyanı istinadla dərc edən KİV məsuliyyətdən azaddır.Biz öyrənməyə çalışdıq, Şəbnəm Məmmədova bakixeber.az saytına müraciət edərək, bu informasiya ilə bağlı təkzib veribmi?

Saytın əməkdaşı Camal Tufan bizə bildirdi ki, Şəbnəm Məmmədova tərəfindən heç bir təkzib almayıblar.

Tamerlan Zeynallı

 LEGİON.AZ  


13711504_1025326310866944_1316329562_o


1462127541_13101553_10153416211817691_237929396_n-1-kopiya-1-4
ki2

ki6

13694045_1025334534199455_966057327_o

 

 

 

 

 

 

 

 


 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR