Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq kapitanı Dodo deyib.
Mövsümlərarası fasilədə Braziliyaya qayıdaraq “Joinvill” klubu ilə anlaşan yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.
O, yeni klubuna tədricən uyğunlaşdığını bildirib: “Artıq hər şey başqa cürdü. Burada hər həftə inkişaf edirəm. Hiss edirəm ki, yavaş-yavaş ideal formamı yığıram. Bu tempdə də davam etmək istəyirəm. B seriyasının növbəti turunda oynamaq arzusundayam. Çox motivasiyalıyam və komandada əsas heyət uğrunda rəqabət aparmağa hazıram. Legioner həyatımda maksimum bacarığımı göstərdim”.
Qeyd edək ki, Dodo 2011-2016-cı illər ərzində “Qəbələ”nin formasını geyinib.