Londonda “Ramazan Festivalı-2016” adlı tədbir keçirilib

4b5b78ae-7f67-4bee-a50f-53cad2393d10_292İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin nümayəndələri Londonun Trafalqar meydanında keçirilən “Ramazan Festivalı-2016” adlı tədbirdə iştirak ediblər.

Bu barədə “Report”a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.İkinci dəfə keçirilən tədbiri London şəhərinin meri təşkil edib. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin nümayəndələri tədbirdə iştirak edib. Festivalda iştirakın əsas məqsədi Azərbaycanın mədəniyyətinin, ənənəvi incəsənətinin, sənətkarlığının və mədəni irsinin təqdim olunması və beynəlxalq səviyyədə təbliğidir.

Festival zamanı ziyarətçilər 8 guşəli ulduz əsasında qurulan və İslam incəsənətinə xas olan tağ memarlıq formasının nəbati və həndəsi naxışlarla bəzədilən və ziyarətçilərin rənglədiyi nümunələr, eləcə də, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin əl işləri olan unikal keramika, batika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri ilə tanış olublar.

8 guşəli ulduzun daxilindəki naxışlarda İslam incəsənətində və Azərbaycan incəsənət nümunələrində tez-tez rast gəlinən nəbati güllərdən, həndəsi formalardan və Şəki Xan Sarayının divar rəsmlərindən biri olan haşiyə formasından istifadə olunub.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şahzadə Məktəbinin birgə layihəsi olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.

Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

80d81fa8-d98d-4956-b524-00638e68f50e d4087f88-e5fb-4549-b741-c4f31cd7a9b3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR