“Mərkəzi Bank sərt pul siyasəti aparmağa məcburdur”

3e65bbankAzərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.  AMB-dən  verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi iyulun 13-ə 1,5549 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,5518 manata bərabər olub (APA). Bu yaxınlarda neftin qiymətindəki bahalaşma neft hasil edən ölkələrin valyutalarının məzənnəsində yüksəlişə səbəb olmuşdu. Lakin Azərbaycan manatı ilə bağlı belə bir şey müşahidə olunmadı. Manatın məzənnəsi dollara nisbətən ucuzlaşmağa davam edir. Tanınmış iqtisadçı Oqtay Haqverdiyev LEGİON.AZ-a bildirib ki, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini özü tənzimləyir. “Əgər lazımdırsa, Mərkəzi Bank məzənnəni qaldıra bilər. Əgər lazım bilsə, məzənnəni salar”, – deyə iqtisadçı vurğulayıb. O.Haqverdiyevin sözlərinə görə, Azərbaycanda insanların həyat səviyyəsi aşağıdır. “Əgər Mərkəzi Bank manatı sərbəst “üzməyə” buraxsa, ölkədə kataklizmalar baş verə bilər. Əgər maaşlar yüksək olsa, bizi inflyasiya gözləyir. Buna görə də, Mərkəzi Bank sərt pul siyasəti aparmağa məcburdur”, – deyə iqtisadçı əlavə edib.

Mahmud Rasimoğlu
LEGİON.AZ

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR