Məşhur rəssamların oğurlanmış əsərləri tapılıb

thumbnail_dd6ae3ec6d43880626ea8fb384499acd2009-cu ildə Hollandiyanın özəl muzeylərindən birindən oğurlanmış iki əsər – ispan rəssam Salvodar Dalinin 1941-ci ildə çəkilmiş “Yetkinlik” (Adolescence) və polşalı rəssam Tamara de Lempiçkanın 1929-cu ilə aid “Musiqiçi” (La Musicienne) əsərləri tapılıb.

AZƏRTAC www.theartnewspaper.com saytına istinadla xəbər verir ki, hər iki əsərin vəziyyəti yaxşıdır.

Əsərlər maskalı şəxslər tərəfindən 2009-cu il mayın 1-də Hollandiyanın Spanbroek kəndində yerləşən Şerinqa realist incəsənət muzeyindən oğurlanıb.

Əsərləri tapan hollandiyalı incəsənət detektivi Artur Brand əsərlərin hüquqi sahiblərinə veriləcəyini bildirib.

14697940682223032540_1000x669

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR