“Mağazaya damdan girmişəm” – eyni üsulla oğruluq edən şəxs tutuldu – VİDEO – FOTO

1Mingəçevir şəhər sakini Toğrul Babakişiyevə məxsus ərzaq mağazsına oğru girib.

EL TV (Region TV) xəbər verir ki, ona 700 manat civarında ziyan vurulub. “Yuxarıdan giriblər içəri. Bax burada 3 dənə lambirin sallanır. Buradan düşüblər içəri sərbəst, rahatlıqla. Kisələri yerə dağıdıblar. Sonra oradan şokalad, siqaretlər, alışqan, pivə götürüb” deyə mağazanın sahibi Toğrul Babakişiyev bildirib.

Polis tərəfindən aparılan axtarış əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğru Mingəçevir şəhər sakini, 1998-ci il təvvəlüdlü Səbuhi Cümə oğlu Rəsulovdur. O, bundan əvvəl də mağazalardan 4 dəfə oğurluq edib. Hər dəfə də oxşar üsullardan istifadə olunub. “Mağazaya damdan girmişəm. Lambirini söküb içəri girmişəm” deyə təqsirləndirilən şəxs Səbuhi Rəsulov bildirib.

Səbuhi Rəsulov tutduğu əməllərdən peşman olub.Faktla bağlı araşdırmalar isə davam edir.


2
3 4 5

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR