Maradona: “Argentina millisində pulsuz işləməyə hazıram”

70574Argentina millisinin canlı əfsanəsi Dieqo Armando Maradona yenidən ölkəsinin yığmasını çalışdıra bilər.

Qol.az-ın “Fox Sports”a istinadən verdiyi məlumata görə, Maradona Argentina millisini pulsuz çalışdırmağa hazır olduğunu bildirib:

“Dieqo Simeone maliyyə problemləri səbəbindən Argentina yığmasını çalışdırmaqdan imtina etdi. Mənim üçün pul problem deyil. Yığmada pulsuz işləməyə hazıram. Çoxları düşünür ki, mən bahalı məşqçiyəm. Bəs Mourinyo, Ançelotti və Simeone necədir? Mən bu məşqçilərlə müqayisə oluna bilmərəm. Futbolçularla çalışmaq və jurnalistlərlə ünsiyyət üçün darıxmışam”.

Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisini çalışdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR